Azərbaycan futbolu

Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Aut.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

S.  Ad / Soyad Klub
1 Rauf Əyyubov Sabah
2 Nurəziz Əzizov Neftçi
3 Kamil Həsənov Marcet (İspaniya)
4 Rəşad Gülüşov Vətən
5 Uğur Qurbanlı Qarabağ
6 Toğrul Mehdizadə Vətən
7 Səttar Tahirzadə Marcet (İspaniya)
8 Muhamməd Çodarov Marcet (İspaniya)
9 İsmayıl Səfərli Neftçi
10 Amin Rzayev Qarabağ
11 Sahib Xəlilli Neftçi
12 Allahverdi Şirinov Qəbələ
13 Nihad Cəfərzadə Sabah
14 Ramin Abiyev Neftçi
15 Sübhan Rzayev Qəbələ
16 Nihad Hüseynzadə Sabah
17 Adnan Bunyatov Marcet (İspaniya)
18 Əli Bəşirov Qarabağ
19 Onur Əliyev Qarabağ
20 Samir Şərifov Vətən
21 Pünhan Kərimov Marcet (İspaniya)
22 Nicat Kərimov Vətən

 

14 aprel
15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

16 aprel
12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

19 aprel
12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.