Ronaldo onun ölümünə reaksiya: Etdiyiniz hər şeyə görə…
Kriştiano Ronaldo “Sportinq”in sabiq skautunun vəfatı ilə bağlı başsağlığı verib.
Aut.az xəbər verir ki, Portuqaliya klubu Aurelio Pereyranın 77 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
“Dünya gənclər futbolunun ən böyük simvollarından biri bizi tərk etdi, lakin onun irsi əbədi olaraq yaşayacaq. Mən və bir çox başqa oyunçular üçün etdiyiniz hər şeyə görə minnətdarlığımı heç vaxt dayandırmayacağam. Əlvida, cənab Aurelio, hər şey üçün təşəkkür edirəm. Rahat yat”, – Kriştiano Ronaldo yazıb.
Aut.az
