“Real” onun iki konsertinə görə 9 milyon qazandı
“Real” Teylor Sviftin “Santyaqo Bernabeu”dakı konsertlərindən 9 milyon avrodan çox qazanacaq.
Aut.az xəbər verir ki, mayın 29-da müğənninin Avropa turnesi çərçivəsində “Real”ın stadionunda iki çıxışından birincisi olub. Mayın 30-da “Santiaqo Bernabeu”-da daha bir konsert keçirilib.
“Marca”nın məlumatına görə, klubun “Sixth Street” və “Legends Hospitality” ilə razılaşmasına əsasən, “Real Madrid” Teylor Sviftin konsertlərindən əldə olunan gəlirin 70%-ni almalıdır. Müğənninin iki çıxışından əldə edilən ümumi gəlir təxminən 13 milyon avro qiymətləndirilir – beləliklə, “Real”ın gəliri təxminən 9,1 milyon avro olacaq.
Aut.az
