Dünya futboluAlmaniyaİspaniya

36 yaşlı bu “qoca”nın arzusuna baxın: Flik zəng etsə, “Barsa”ya…

“Vankuver”in hücumçusu Tomas Müller karyerasını “Barselona”da davam etdirə biləcəyini istisna etməyib.

Kataloniya klubuna 36 yaşlı futbolçunun daha əvvəl “Bavariya”da iki mövsüm rəhbərliyi altında oynadığı Hans-Diter Flik başçılıq edir.

Aut.az xəbər verir ki, “Blickpunkt Sport” forvardın sözlərini sitat gətirib:

“Mən “Barselona”dakı gələcəyimi təsəvvür edə bilərdim. Əgər məni çox yaxşı tanıyan Hansi Flik zəng etsə və “Barselona”dakı layihəni bəyəndirsə, buna bənzər bir şey təsəvvür edə bilərdim. Bu, sizdən nə gözlədiyini bildiyiniz yüksək səviyyəli klubdur”.

Aut.az