“Real”da ciddi itki
“Real” ciddi itki ilə üzləşib.
Aut.az xəbər verir ki, martın 9-da La Liqa çərçivəsində “Rayo Valyekano” ilə qarşılaşacaq Madrid klubu Antonio Rudigerin xidmətindən məhrum olub. O, matç ərəfəsində komandanın məşqini buraxıb.
“Marca” nın məlumatına görə , almaniyalı müdafiəçi qripə bənzər xəstəliyə tutulub. O, çox güman ki, La Liqadakı oyunu buraxacaq. Onun həmçinin Çempionlar Liqasında “Atletiko” ilə cavab matçında meydana çıxmamaq riski var.
Məşqçilər korpusu Antonionun səhhətini diqqətlə izləyir.
Aut.az
