Dünya futbolu

24 yaşlı futbolçu ölü tapıldı

İsveçrənin üçüncü divizionunda çıxış edən “Qranç-Pakko” klubunun futbolçusu Yakov Yelkiç İspaniyada bədbəxt hadisə nəticəsində vəfat edib.

Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu bazar ertəsi Alikante limanında ölü tapılıb. Bu barədə “Marca” məlumat yayıb.

Yerli polis orqanının sözçüsü Kristian Plazas bildirib ki, cəsədinin şəxsiyyəti müəyyən edilib. Təhlükəsizlik kameraları araşdırıldıqdan sonra aparılan araşdırmalar, hadisənin qəza olduğunu göstərib.

Görüntülərdə Yelkiçin spirtli içki qəbul etdikdən sonra gecə klubundan səndələyərək çıxdığı görünür. Sübh çağı Yelkiç Alikante limanınd suya düşərək boğulub.

Aut.az