UEFA prezidenti Super Liqanın iflasından danışdı: Bezmişdik
UEFA prezidenti Aleksandr Çeferin Avropa Super Liqası layihəsinin iflasına münasibət bildirib. Son beş gün ərzində son klublar – “Barselona” və “Real Madrid” layihədən imtina etdilər.
Aut.az xəbər verir ki, “FOX Sports” Ceferinin sözlərini sitat gətirib:
“Real” və “Barselona”nın ailəyə yenidən qoşulmasından çox məmnunam. Açığı, hamımız bu mübahisələrdən bezmişdik. “Real”ın prezidenti ilə fikir ayrılıqlarımız var idi, amma açıq deyim, heç vaxt bir-birimizə hörmətimizi və oyuna olan sevgimizi itirməmişik. Bu vəziyyətdə yeganə qalib futboldur”.
Məlum olduğu kimi, Florentino Peres Super Liqa layihəsini fəal şəkildə təbliğ edirdi. Əvvəlcə layihəni 12 Avropa nəhəngi başlatmışdı, lakin onlardan 9-u azarkeşlərin narazılığı ilə üzləşdikdən sonra bu ideyadan tez bir zamanda imtina etdi. Daha sonra “Yuventus” və bu yaxınlarda İspaniya nəhəngi də Super Liqanı tərk etdi.
Aut.az
