Əfsanənin oğlu bu ölkədə çıxış edəcək
“Amerika” klubunun (Rio-de-Janeyro) hücumçusu, “Barselona” və Braziliya millisinin əfsanəvi futbolçusu Romarionun oğlu Romarinyonun Ukrayna Birinci Liqa təmsilçisi YUKSA-ya qoşulub.
Aut.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
31 yaşlı futbolçunun komandanın olduğu yerə hansı şəraitdə gəldiyi və ümumiyyətlə, klubda çıxış edib-etməyəcəyi hələlik açıqlanmayıb.
“Transfermarkt”ın məlumatına görə, Romarinyonun son rəsmi oyunları 2023-cü ildə olub. Daha sonra “Atletiko Katarinense”nin heyətində mövsüm ərzində 4 oyun keçirib.
Aut.az
