Ançelottini Braziliyada belə qarşıladılar – FOTOLAR
Karlo Ançelotti milli komanda ilə işləmək üçün Braziliyaya uçub.
Aut.az xəbər verir ki, “Real”ın 65 yaşlı keçmiş baş məşqçisi bu gün Rio-de-Janeyroya gəlib və burada onu yüzlərlə azarkeş qarşılayıb və daha sonra italyanı Barra da Tijucadakı otelinə qədər müşayiət edib.
Bu həftə Ançelotti 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də Ekvador (səfər) və iyunun 10-da Paraqvaya qarşı (ev) oyunlar üçün heyəti açıqlayacaq.
Aut.az



