Parisdə qalmaqal: Onları “siçovul” adlandırdılar, Enrike qəzəbləndi
PSJ-nin baş məşqçisi Luis Enrike tribunada təhqiramiz şüarlar səbəbindən oyunların dayandırılması təhlükəsindən narazılığını bildirib.
Enrikenin komandası dünən Liqa 1-in 17-ci turunda evdə “Paris” komandasını 2-1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, ev sahibi azarkeşlər “Marsel”in oyunçularına qarşı təhqiramiz sözlər söyləyərək onları “siçovullar” adlandırıblar. Yanvarın 8-də komandalar Fransa Super Kuboku uğrunda Küveytdə oynayacaqlar. Hakim Benua Bastien iki dəfə stadion diktorundan “Park des Princes” stadionunda azarkeşlərə müraciət etməsini istəyib.
Stadion ekranlarında diktorun elanları və mesajları matçın dayandırıla və ya PSJ-yə texniki məğlubiyyət verilə biləcəyi barədə xəbərdarlıq edilib, həmçinin “ayrı-seçkilik şüarlarına” son qoyulmasına çağırılıb.
“Yorulmuşam. Xeyr, komandama deyil, mənim üçün çox spesifik olan vəziyyətə əsəbiləşdim. Hər stadionda bizə müxtəlif adlar verilir, amma oyunlarımız yalnız “Park de Princes”də dayandırılır. Biz Lion, Nant, Marsel şəhərlərinə səyahət edirik və istənilən atmosferə dözürük. Yorğunam, əsəbiləşirəm, çünki onlar yalnız oyunlarımızı dayandırırlar. Biz hər stadiona qonaq kimi gedirik və hər stadionda oyunçularımıza, klubumuza, prezidentimizə və hər şeyə qarşı şüarlar eşidirik və oyunlar heç vaxt dayandırılmır. Oyunlar yalnız Parisdə dayandırılır”, – Enrike “Ligue1+”a verdiyi müsahibədə deyib.
Aut.az
