Ciddi zədə – “Real”ın kapitanı uzun müddətə sıradan çıxdı – FOTO
“Real Madrid”in kapitanı Daniel Karvaxal zədəsinin təfərrüatlarını açıqlayıb.
Aut.az xəbər verir ki, futbolçunun ön çarpaz bağı qırılıb.
Karvaxal La Liqanın 9-cu turunun “Vilyarreal”la matçının (2:0) sonunda zədələnərək meydanı xərəkdə tərk edib.
“Ciddi çarpaz bağ zədəsi. Əməliyyat olunmalı və bir neçə ay meydandan kənarda qalmalı olacağam. Mesajlara görə hamınıza təşəkkür edirəm, hiss edirəm ki, məni çox sevirlər”, – Karvaxal sosial şəbəkələrdə yazıb.

Aut.az
