“Barsa”nın bu problemi hər bir məşqçini qorxudur – Dekudan etiraf
“Barselona”nın idman direktoru Deko mövsümün sonunda komandadan ayrılacaq Xavinin yerinə “Liverpul”un baş məşqçisi Yurgen Kloppun təyin olunacağı ilə bağlı yayılan xəbərlərə yenidən münasibət bildirib.
Aut.az xəbər verir ki, Deku bu məsələyə birmənalı münasibət bildriməyib.
“Klopp bir müddət məşqçiliyə ara vermək istədiyini söylədi. Ciddi maliyyə problemlərimiz var və bu, klubun məni işə götürməsinin səbəblərindən biridir. Biz digər milyonçu klublar qədər sərmayə qoya bilmərik və bu, buraya gələn hər bir məşqçini qorxudur. Təəssüf ki, biz hazırkı mərhələdə bunun üçün vəsait ayıra bilmirik”, – Deku deyib.
Aut.az
