Kateqoriyasız

“Arsenal” bunu bacaran ikinci klub oldu

“Arsenal” Premyer Liqanın 7-ci turunda evdə “Sauthempton”u 3:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, London klubu üçün bu, çempionat çərçivəsində doğma meydanda qazanılan 400-cü qələbə olub. “Topçular” liqa tarixində bu göstəriciyə çatan ikinci klub olub.

“Mançester Yunayted” Premyer Liqada 428 evdə qələbə qazanıb.

Aut.az