Haaland həbs oluna bilər: İsveçrədəki cəriməsinə görə
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 60 İsveçrə frankı (64,4 avro) məbləğində ödənilməmiş cəriməyə görə İsveçrədə bir günlük həbs cəzası ala bilər.
Aut.az xəbər verir ki, bu barədə “Blick” məlumat yayıb.
Mənbənin sözlərinə görə, norveçli futbolçu bu cəriməni oktyabrın 25-də ölkənin qərbində yerləşən Vaud kantonunda alıb. Haaland atasının yaşadığı İsveçrəyə növbəti səfəri zamanı saxlanıla bilər. Lakin mümkün həbs halında “Mançester Siti”nin futbolçusunun yalnız cəriməni ödəməli olacağına görə belə bir nəticə əldə etmək mümkün deyil.
Qeyd edək ki, Haalandın “şəhərlilər”dəki maaşı həftəlik 433 min avrodur.
Aut.az
