Türkiyə

“Qalatasaray”dan rekord

“Qalatasaray” Super Liqanın XXV turunda “Kasımpaşa”nı məğlub edib.

Aut.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin çempionatda ardıcıl 14-cü qələbəsi olub.

“Qalatasaray” Türkiyə çempionatları tarixində ən uzun qələbə seriyasına sahib olub. Bundan əvvəlki rekord “Beşiktaş”a aid idi. “Qara qartlar” 1959/1960 mövsümündə ardıcıl 13 oyun qalib gəlmişdi.

“Qalatasaray” Super Liqada 60 xalla liderdir.