Türkiyə

“Fənərbağça”dan darmadağın

Türkiyə Kubokunda 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu raundda “Sakaryaspor”u mübarizədən kənarlaşdırıb. Dadaşov bu görüşdə iştirak etməyib.

“Beşiktaş” I Liqa təmsilçisi “Eyüpspor” üzərində inamlı qələbə qazanıb.

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” aşağı liqa klubu “24 Erzincanspor”a penaltilər seriyasında məğlub olaraq kubokla vidalaşıb. Şahruddin bu görüşdə iştirak etməyib.

“Fənərbağça” isə “Adanaspor”a darmadağınla qalib gəlib və mərhələ adlayıb.

Türkiyə Kuboku
1/16 final mərhələsi

16 yanvar

Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizespor 3:1
Beşiktaş – Eyüpspor 4:0

17 yanvar

Antalyaspor – Pendikspor 2:1
Başakşəhər – Boluspor 1:0
Qaziantep – Bodrumspor 1:0
Alanyaspor – Samsunspor 1:3
Adana Demirspor – 24 Erzincanspor 2:2 (penaltilər 6:7)
Fənərbağça – Adanaspor 6:0

18 yanvar

14:00 Sivasspor – Keçiörengücü
16:00 Kayserispor – Gənclərbirliyi
18:00 Konyaspor – Göztepe
20:00 Trabzonspor – Manisa
22:00 Qalatasaray – Ümraniyespor