Türkiyə

“Trabzonspor”da yeni futbolçu

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Türkiyə təmsilçisi monteneqrolu yarımmüdafiəçi Oqnyen Bakiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb.

“Trabzonspor” son klubu “Osiyek” (Xorvatiya) olan Bakiçi azad agent kimi heyətinə qatıb.