Dünya futboluTürkiyə

Qalmaqal: 23:55-də “Trabzonspor”a e-poçt göndərərək, Fransa klubuna keçdi

Belçikalı müdafiəçi Tomas Menye Fransanın “Lill” klubunun futbolçusu olub.

Aut.az xəbər verir ki, onun müqaviləsi 2 mövsüm, 2026-cı ilin iyul ayına kimi nəzərdə tutulub. O, Fransa klubu ilə azad agent kimi müqavilə imzalayıb.

Menye  saat 23:55-də e-poçt göndərərək, Türkiyənin “Trabzonspor” klubu ilə müqaviləni son tarixə 5 dəqiqə qalmış ləğv edib.

“Trabzonspor” müqavilənin belə ləğv edilməsini icazəsiz hesab edərək, Menyer və onun yeni klubunu məhkəməyə verəcək.

Menye ötən mövsüm “Trabzonspor”un heyətində 14 oyun keçirib və 1 qol vurub.

Aut.az