Deko açıqladı: Onun “Barselona”ya transferi niyə baş tutmayıb?
“Barselona”nın idman direktoru Deko Kataloniya klubunun 2024-cü ilin yayında “Atletik”in hücumçusu Niko Uilyamsı transfer edə bilməməsinin səbəbini izah edib.
Aut.az xəbər verir ki, o, bunun futbolçu ilə bağlı olduğunu bildirib:
“Niko yüksək səviyyəli oyunçudur. Amma ötən yay Dani Olmo “Barselona”ya keçmək istədiyini açıq şəkildə bildirdi, layihəyə inam göstərdi və bu, bizim işimizi asanlaşdırdı. Niko isə bunu etmədi”.
Qeyd edək ki, Niko Uilyams 2021-ci ildən “Atletik”də çıxış edir. Cari mövsümdə 22 yaşlı vinger bütün turnirlərdə 44 oyunda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı ispaniyalı futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
