Ronaldo Modriçə müraciət etdi: Böyük şərəf idi
Kriştiano Ronaldo Luka Modriçə müraciət edib.
Bu gün xorvatiyalı yarımmüdafiəçi mövsümün sonunda “Real”dan ayrılacağını açıqlayıb.
Aut.az xəbər verir ki, bununla bağlı Ronaldo sosial şəbəkədə paylaşım edib.
“Hər şey üçün təşəkkür edirəm, Luka! Klubda sizinlə çoxlu anları bölüşmək mənim üçün böyük şərəf idi. Sənə gələcək hər şeydə uğurlar arzulayıram”, – Ronaldo yazıb.
Aut.az
