Yanğın: Oyun yarımçıq dayandırıldı – FOTO
Fransa üçüncü divizionunun avqustun 23-də keçirilən “Orlean” – “Valensien” matçı hesab 1:1 olarkən yarımçıq dayandırılıb və azarkeşlərə “Stad de la Sours”u tərk etmək əmri verilib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat verib.
Bu qərara səbəb arenaya yaxın yerləşən azarkeşlər üçün nəzərdə tutulmuş barda baş verən güclü yanğın olub. Qarşılaşma əvvəlcə dayandırıldı, lakin sonradan təhlükəsizlik səbəbi ilə rəsmi olaraq ləğv edilib.
Stadion tez bir zamanda qatı, zəhərli tüstü ilə dolub. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yanğın artıq böyük güclə alovlansa da, amma tez bir zamanda söndürülüb.
Hadisə nəticəsində itkilərin olmadığı, matçın keçirilmə tarixinin daha sonra açıqlanacağı bildirilir.

Aut.az
