Dünya futbolu

Rakitiç Messi ilə Neymarı belə müqayisə etdi

“Barselona”nın keçmiş hücumçusu, hazırda Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çıxış edən İvan Rakitiç sabiq komanda yoldaşları  Neymar və Messi haqqında danışıb.

Aut.az xəbər verir ki, Rakitiç ARLS podkastında  onları belə müqayisə edib:

“İlk növbədə onu demək istəyirəm ki, Neymarın böyük fanatıyam. O, həmişə mənim komandamdadır və sevimli oyunçumdur. Amma əlbəttə ki, Messi futbol tarixinin ən yaxşısıdır”.

Xatırladaq ki, Rakitiç 2014-2020-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 310 matçda iştirak edib, 35 qol vurub, 42 məhsuldar ötürmə edib.

Aut.az