Ronaldo ona xeyir-dua verdi: Bu nəslin ən yaxşılarından biri olacaq
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo artıq Avropa çempionu olan 17 yaşlı ispan futbolçu Lamin Yamalın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
“Mən Lamin Yamalda böyük potensial görürəm, o, böyük istedaddır. Ona şans lazımdır, çünki hələ çox gəncdir. Ümid edirəm ki, onun gələcəkdə problemi olmayacaq.
Milli ona çox kömək etdi, çox yaxşı idi. Düşünürəm ki, onun potensialı çoxdur… İnanıram ki, o, uğura nail olacaq. Düşünürəm ki, o, bu nəslin ən yaxşılarından biri olacaq”, – Ronaldo bildirib.
Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 5 liqa matçına çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
