Cəmi 8 oyun: “Seltik” onu qovdu
“Seltik” uğursuz nəticələr seriyasından sonra baş məşqçi Uilfrid Nensini istefaya göndərib.
Aut.az xəbər verir ki, dekabrın 4-də “Seltik” i çalışdırmağa başlayan 48 yaşlı fransız mütəxəssisin rəhbərliyi altında komanda 8 oyun keçirib və 6 dəfə məğlub olub.
Şənbə günü “Qlazqo Reyncers”ə qarşı derbidə 1:3 hesablı məğlubiyyət son damla olub.
Nəticə stadionun qarşısında kütləvi etirazlara səbəb olub, azarkeşlər Nensinin və klubun idarə heyətinin bir neçə üzvünün işdən çıxarılmasını tələb edib.
Nəticədə, Nensi qovulub və Pol Tisdeyl klubun futbol əməliyyatları rəhbəri vəzifəsindən azad edilib. O, bu vəzifəni 2024-cü ilin oktyabr ayından bəri tuturdu.
Aut.az
