Dünya futboluİngiltərə

ŞOK İDDİA: Salah ərəblərlə müqavilə imzayıb?

“Liverpul”un hücumçusu Məhəmməd Salahın yeni mövsümdən Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcəyi iddia edilir.

Aut.az xəbər verir ki, bu barədə “Ayaks”ın və “Tottenhem”in keçmiş məşhur misirli hücumçusu Mido məlumat verib. “Məhəmməd Salah gələn mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edəcək. Artıq müqavilə imzalanıb”, – deyə veteranfutbolçu X  hesabında yazıb.

Bu barədə daha əvvəl də məlumat yayılmışdı. “Əl-İttihad”ın cinah oyunçusu üçün 200 milyon funt-sterlinq ödəməyə hazır olduğu iddia olunurdu.

Qeyd edək ki, Salahın “Liverpul” ilə hazırkı müqaviləsinin bitməsinə hələ 16 ay qaldığını və bu səbəbdən transfer razılaşması əldə olunana qədər başqa klubla imzalaya bilməyəcəyini nəzərə alsaq, Midonun iddiası çox şübhəlidir.