Deşam hansı ölkədən təklif alıb?
Fransa millisinin baş məşqçisi Didye Deşam milli komandadakı müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı klubunun nümayəndələri ilə əməkdaşlıq barədə danışıqlar apardığını təsdiqləyib.
Aut.az xəbər verir ki, bununla yanaşı, mütəxəssis “Yuventus”a qayıdacağı və ya Braziliya millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.
“Bəlkə də bəzi təmaslar olub, amma konkret olaraq onlarla (Braziliya ilə) yox. Mən ad çəkməyəcəyəm, amma onlar mənim vəziyyətimi bilirlər”, – deyə Deşam bildirib.
Didye həmçinin vurğulayıb ki, 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi postunu tərk etmək qərarı qətidir və komandanın nəticəsindən asılı olmayacaq.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu olub.
