Musayev əmindir: Bu qərar futbolun xeyrinə olacaq
“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”da çalışan Murad Musayev hakimlər tərəfindən qərarların elan edilməsi qaydasının mümkün tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Musayev bu qərarın futbolun xeyrinə olacağını bildirib.
“Mən belə düşünürəm… Məşqçilər oyundan sonra jurnalistlər qarşısına çıxır və hamı məğlubiyyətdən və ya pis matçdan sonra bizə hücum edir. Biz bundan imtina edə bilmərik. Hesab edirəm ki, hakimlər də qərarları ilə bağlı izahat verməlidirlər. Bu normaldır və futbolu daha da yaxşılaşdıracaq.
Matçlardan sonra hakimlərlə müsahibələr? Əgər mən ixtisaslı arbitrəmsə, o zaman əsaslandırılmış qərarlar verirəm, bunu niyə etdiyimi, harada səhv etdiyimi həmişə izah edəcəyəm”, – Musayev “Comment.Show” YouTube kanalına müsahibəsində bildirib.
Aut.az
