Dünya futbolu

“Siti” bu hücumçunu almaq istəyir

“Mançester Siti” hücumçu xəttinə yeni transfer etməyi planlaşdırır.

Aut.az “GiveMeSport”a istinadən xəbər verir ki, “Mançester Siti” “Brayton”dan Evan Ferqyusonu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Bu mövsüm 20 yaşlı irlandiyalı İngiltərə Premyer Liqasında 11 oyun keçirib və bu oyunda cəmi 1 qol vurub. “Transfermarkt” Ferqyusonun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Aut.az