Dünya futbolu

Kişilərə müraciət etdi: Bizim oyunlara gəlin

Xorvatiya millisinin futbolçusu Ana Mariya Markoviç qadın futbolunun inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, “O Jogo”ya açıqlamasında Kilian Mbappe, Erlinq Haaland və Neymar kimi kişi futbol ulduzlarının qızların oyunlarına getməsini təklif edib:

“Düşünürəm ki, qadın futboluna daha çox diqqət yetirilməlidi. Çünki biz də inkişaf edirik – Keyfiyyətdə, oyun üslubunda, həmçinin əlimizdə olan imkanlarla. Bu, daha çox diqqəti cəlb etməlidir.

Oyunumuzun keyfiyyəti keçmişdə olduğundan xeyli yüksəkdir. Düşünürəm ki, insanlar səylərimizi görür, bunun üçün çox çalışırıq. Çünki biz həqiqətən daha yaxşı olmağa çalışırıq. Bu artımın izahı odur ki, bütün qadınlar da futbolumuza öz töhfələrini verirlər.

Düşünürəm ki, kişilər və kişi oyunçular, qadınlar da daxil olmaqla hamı bizə inanmalıdır. Futbolun ən böyük adları matçlarımızı izləməyə gəlsələr, Mbappe və ya Haaland kimi oyunçular öz klublarının matçlarını və ya Neymar Braziliyanın oyunlarını izləməyə getsə, kömək olar. Lakin onlar gəlib oyundan həzz almalıdılar, nəinki orada olmaqdan”.