Dünya futbolu

PSJ rəhbərliyi Mbappeni hədələyibmiş: Onu kim xilas edib?

“Real Madrid”in yeni futbolçusu Kilian Mbappe mövsümün yaz hissəsində PSJ rəhbərliyi ilə münaqişədən danışıb.

Aut.az xəbər verir ki, fransız forvardın sözlərinə görə, Kilian mövsümün sonunda PSJ-dən ayrıldığını elan etdikdən sonra klub rəhbərliyi Mbappeyə bir daha meydana çıxmayacağını bildirib.

“Mənə daha PSJ-də oynamayacağımı açıqladılar. Məni hədələdilər, çox sərt tərzdə dedilər, buna görə də oynamayacağıma əmin oldum. Luis Enrike və Luis Kampos məni xilas etdilər. Onlar olmasaydı, bir daha PSJ-də oynamazdım.

Ona görə də bu il ambisiyalarım dəyişdi. Amma başa düşdüm ki, daha belə bir mövsümə razı olmayacağam”, – GFFN Mbappenin sözlərindən sitat gətirib.

Aut.az