“Qızıl top”un qalibi zədəsini sağaltmaq üçün bu ölkəyə gedir
“Qızıl top”un qalibi Usman Dembele zədəsinin bərpasını Qətərdə davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə “PSG Inside” məlumat yayıb.
Fransalı vinger Dohaya yollanacaq və orada dünyanın aparıcı klinikalarından biri olan “Aspetar”da müalicə alacaq. Bu tibb mərkəzi idman təbabəti üzrə ixtisaslaşıb və yüksək səviyyəli futbolçulara ciddi zədələrdən sağalmalarına kömək etməklə tanınır.
Xatırladaq ki, Dembele 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı matçda diz nahiyəsindən zədə almışdı. Nəticədə o, parislilərin bir neçə matçını buraxıb və tezliklə meydana qayıda bilməyəcək.
Aut.az
