Bu ölkələr IV MDB Oyunlarını qəbul etməkdən imtina etdilər
Qazaxıstan və Qırğızıstan 2027-ci ildə keçiriləcək IV MDB Oyunlarına ev sahibliyi etmək təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
MDB ölkələrinin bədən tərbiyəsi və idman şurasının iclasında Qazaxıstanın İdman və Bədən Tərbiyəsi Komitəsi sədrinin müavini Amanbay Nurmuxanbetov bildirib ki, 2026-cı ildə ölkə bir sıra böyük idman tədbirlərinə, o cümlədən “Gələcəyin oyunları”na ev sahibliyi edəcək. Hakimiyyət diqqəti bu yarışlara yönəltməyi planlaşdırır.
Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıytkanov isə qeyd edib ki, imtinanın əsas səbəbi maliyyə çətinlikləridir:
“Çünki Dünya Köçərilər Oyunları və digər irimiqyaslı dövlət yarışlarının təşkili 2026-cı ildə respublika və yerli büdcələrə ciddi yük gətirəcək. Bir çox idman növləri üzrə beynəlxalq standartlara cavab verən idman obyektləri isə Qırğızıstanda ya yoxdur, ya da hələ tikilmə mərhələsindədir”.
Nəticədə digər ölkələrə IV MDB Oyunlarına ev sahibliyi imkanını nəzərdən keçirmək tövsiyə olunub.
Xatırladaq ki, III MDB Oyunlarını Azərbaycan qəbul edir.
MDB Oyunlarının ilki 2021-ci ildə Rusiyada, ikincisi isə 2023-cü ilin avqustunda Belarusda keçirilib.
Aut.az
