Azərbaycanlı paralimpiya çempionu Prezident kubokunda finala yüksəlib
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident kubokunda finala yüksəlib.
Aut.az xəbər verir ki, Paralimpiya çempionu özbəkistanlı rəqibini məğlub edərək həlledici raunda vəsiqə qazanıb.
