Tanınmış idmançı bir ailənin öldürülməsini sifariş edib?
1987-ci ildə keçirilən “Vuelta a España” yarışının ümumi təsnifat mərhələsinin qalibi, tanınmış kolumbiyalı velosipedçi Luço Errera hərbiçilərlə əməkdaşlıq edərək 4 nəfərin qətlini təşkil etməkdə ittiham olunur.
Aut.az xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.
Cinayət 2022-ci ilin oktyabrında törədilib. Bildirilir, Errera hərbi hissədən yaxınlıqdakı fermadan 4 nəfərlik ailəni qaçırıb öldürməyi xahiş edib. Səbəb ailənin torpaqlarını ona satmaqdan imtina etməsi olub.
Errera “İnstaqram”da paylaşım edərək heç vaxt heç bir cinayət təşkilatının üzvü olmadığını və özünün də qurban olduğunu bildirib. Keçmiş velosipedçi işin istintaqı ilə tam əməkdaşlığa hazır olduğunu da bildirib.
Aut.az
