Digər

Kamil Hacıyev Həbibin borcundan danışdı: Dövlət bunu sübut etsə…

Rusiyalı promouter Kamil Hacıyev əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədovun Federal Vergi Xidmətinə borclu olması barədə məlumatı cavablandırıb.

Aut.az xəbər verir ki, bundan əvvəl KİV-lər Həbibin Federal Vergi Xidmətinə təxminən 306 milyon rubl borcu olduğunu yazmışdılar.

“Bütün bunlar məşhur bloggerlərin təqibi fonunda baş verir. Onlara milyardlarla dollar borc yüklənir – Lerçek, Blinovskaya… Yaxşı, daha da irəli gedək: “Bizim məşhur adamlardan hansı hələ də çox qazanır?” Həbib – 306 milyonu bura gətir.

Birincisi, kiminsə xəzinəyə 306 milyon borcu olduğunu söyləmək və bunu sübut etmək tamam fərqli şeylərdir. 306 olan 36 ola bilər. Amma dövlət Həbibə 306 milyon borcu olduğunu sübut etsə, onu çıxarıb geri verəcək”, – Hacıyev “YouTube” kanalında bildirib.

Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında yüngül çəkidə UFC dünya çempionu kimi idman karyerasını başa vurub.

Aut.az