Parisdə daha bir qalmaqal: İsrail idmançılarının məlumatları sızdırıldı
Paris Olimpiadasında iştirak edən israilli idmançıların şəxsi məlumatları oğurlanıb.
Aut.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumatlara qan analizlərinin nəticələri, onların müxtəlif xidmətlərdəki login və şifrələri, habelə hərbi xidmətlə bağlı məlumatlar daxildir.
Bütün məlumatlar sosial şəbəkələrdə dərc olunub.
Fransa kibercinayətkarlıq agentliyi onların aradan qaldırılması üçün tədbirlər görür.
Parisdə keçirilən Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Aut.az
