Digər

Putin Pele ilə tanışlığından danışdı – Ölkəmizə qarşı…

Rusiya Federasiyasının prezidenti Vladimir Putin braziliyalı futbolçu Pele ilə tanışlığından danışıb.

Aut.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Pele? Bəli, səhv edə bilməzsiniz. Mən onu tanıyırdım. O, çox mehriban, elə xoş insan idi ki… Və ölkəmizə qarşı çox yaxşı münasibət bəsləyirdi”, – Putin deyib.

Pele karyerasının böyük hissəsini Braziliyanın “Santos” klubunda keçirib. O, 1977-ci ildə futbolçu karyerasını bitirdiyi Amerika “Nyu York Kosmos”unda iki il keçirib. 29 dekabr 2022-ci ildə görkəmli futbolçu vəfat edib.

Ümumilikdə braziliyalı oyunçu üç dəfə Dünya Kubokunun, altı dəfə Braziliya A Seriyasının, iki dəfə Libertadores Kubokunun və Amerika çempionatının qalibi olub. Eyni zamanda Pele peşəkar karyerasında ən çox qol vurmaqla Ginnesin Rekordlar Kitabına düşüb – bəzi mənbələrə görə, braziliyalı 1281 qol vurub.

Aut.az