“Peres üçün digər klublar sadəcə vassaldır”
La Liqanın prezidenti Xavyer Tebas “Real”dakı həmkarı Florentino Peres barədə danışıb.
Aut.az xəbər verir ki, o, “Sport.es”ə açıqlamasında Madrid klubunun rəhbərini Avropa futboluna hakim olmaq istəyinə görə tənqid edib:
“Onun məqsədi ən çox aktivə malik, ən zəngin və ən böyük klubların Avropada futbolu idarə edə bilməsini təmin etməkdir. Peresə görə digər klublar sadəcə olaraq onlara veriləndən razı qalmalı olan vassallardır. Peresi niyə tənqid edirəm? Evinizə soxulan və sizi soymağa çalışan şəxslə ümumi fikrə gəlmək mümkün deyil”.
