İspaniya

“Sevilya” Juninyonun yerinə görün kimi transfer etdi

“Sevilya” “Monpelye”nin hücumçusu Akor Adamsı transfer edib.

Aut.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2029-cu ilin yayına kimi imzalanıb. Fransa klubu futbolçusu üçün 5,5 milyon avro alıb.

2024/25 mövsümündə Adams bütün yarışlarda 16 oyun keçirib, bu matçlarda üç qol vurub və daha üç dəfə komanda yoldaşlarına assistentlik edib.

Qeyd edək ki, bu, klubun ilk qış transferidir. “Sevilya”nın qış transfer pəncərəsi üçün yeganə planı hücum xəttini gücləndirmək idi. Buna görə “Qarabağ”ın sabiq futbolçusu Juninyo hədəfə alınmışdı. Lakin Brazliyalı futbolçu “Flamenqo”dan gələn təklifi dəyərləndirərək, bu klubla müqavilə imzalayıb.

Aut.az

Akor Adams Joins Sevilla on a Long-Term Deal - Latest Sports News In Nigeria