Nazir “Atletiko”nun ulduzunu ələ saldı: Başında nə var?
İspaniyanın nəqliyyat naziri Oskar Puenta Markos Llorentenin sözlərini ələ salıb.
Aut.az xəbər verir ki, “Atletiko”nun yarımmüdafiəçisinin bəzi “kimyəvi maddələrin” gizli şəkildə təyyarələrdən püskürdüyünü iddia edən “chemtrail” sui-qəsd nəzəriyyəsinin tərəfdarı olduğu bildirilir. Amma bu nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur.
Llorente bu yaxınlarda səmada kondensasiya cığırının fotosunu şərh edərək, təyyarələrin zəhər səpdiyini iddia etmişdi: “Bu, normal deyil. Minlərlə insan mənə yazır, bu məlumatı ictimailəşdirdiyimə görə təşəkkür edir”.
Bundan əlavə, futbolçu, məsələn, çöldə günəş eynəyi taxmağı səhv adlandırıb, çünki onlar lazımi şüaların gözlərə çatmasına imkan vermir.
Nazir Oskar Puente sosial mediada İspaniyanın Milli Geomühəndislik İnstitutunun mesajını Llorentenin şərhlərini ələ salaraq yenidən dərc edib. Şəkildə “Bu püskürtməni ən böyük pərəstişkarımıza həsr edirik” yazılıb.
Puente bu mesajı şərh edərək Llorenteyə müraciət edib: “Onun başında nə var?!”
Aut.az
