Digər

Azərbaycan Paris-2024-ə daha 2 lisenziya qazandı

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyaları əldə edib.

Aut.az xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən idmançılarımız Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.

Aut.az