Avstriyadan inamlı qələbə
Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa – Avstriya görüşü keçirilib.
Aut.az xəbər verir ki, D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
“Qartallar”ın heyətində Qernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç fərqlənib. Polşalıların qoluna isə Kşiştof Piontek imza atıb.
Qeyd edək ki, bu nəticələrdən sonra D qrupunda ilk xallarını qazanan Avstriya 3-cü, xalı olamayan Polşa sonuncu sırada qərarlaşıb.
