Avropa Çempionatı

Ukraynadan əzmkar qələbə

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 2-ci turun oyunları davam edir.

Aut.az xəbər verir ki, E qrupunda Ukrayna millisi Slovakiya ilə üz-üzə gəlib. İlk hissəni məğlub başa vuran ukraynalılar yekunda qalib gəliblər – 2:1.

“Sarı-göyləri”n heyətində Nikolay Şaparenko və Roman Yaremçuk fərqlənib. Slovakiyanın qolu isə İvan Şrantsdan gəlib.

Qeyd edək ki, Ukrayna Avro-2024-də ilk qələbəsini qazanıb.

Avro-2024: qrup mərhələsi, 1-ci tur
21 iyun
E qrupu
17:00 Slovakiya – Ukrayna 1:2

Qolar: İvan Şrants, 17 – Nikolay Şaparenko, 54. Roman Yaremçuk, 80.