Dünya futbolu

Özbəkistan da pley-offa vəsiqə qazandı

Avstraliya yığması Asiya Kubokunun qrup mərhələsinin son turunda Özbəkistanla heç-heçə edib (1:1).

Aut.az xəbər verir ki, Martin Boylin penaltidən vurduğu qoluna (45+1-ci dəqiqə) Özbəkistan Azizbek Turqunboyevin (79) dəqiq zərbəsi ilə cavab verib.

Paralel görüşdə Suriya Hindistanı Ömər Xribinin (76) qolu sayəsində məğlub edib (1:0).

7 xalla Avstraliya yığması B qrupunda birinci yeri tutaraq  pley-offa çıxıb. Özbəkistan 5 xal toplayaraq ikinci yeri tutub və növbəti mərhələyə adlayıb.

Aktivində 4 xalı olan Suriya turnirdə üçüncü yeri tutan ən yaxşı komandalardan birinə çevrilsə, pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, buna qədər Mərkəzi Asiyanın daha bir təmsilçisi – Tacikistan da 1/8 finala vəsiqəni təmin edib.

Aut.az