Dünya futbolu

İki yarımfinalçı bəlli oldu

 İyunun 9-na keçən gecə Arlinqtonda (ABŞ) KONKAKAF Qızıl Kubokunun yarımfinal mərhələsinin iki iştirakçısı müəyyənləşib.

Aut.az xəbər verir ki, Panama Qətər üzərində böyükhesablı qələbə qazanıb – 4:0. Digər görüşdə Meksika Kosta Rikadan güclü olub – 2:0.

Yarımfinalda Panama iyunun 10-na keçən gecə baş tutacaq ABŞ-Kanada matçının qalibi ilə qarşılaşacaq. Meksika Qvatemala – Yamayka duelinin qalibi ilə üz-üzə gələcək.

KONKAKAF Qızıl Kuboku: 1/4 final

Panama – Qətər – 4:0

Qollar: Bersenas, 19, İsmael Dias, 56, 63, 65.

Meksika – Kosta-Rika – 2:0

Qollar: Pineda, 52, penaltidən, Erik Sançes, 87.

Aut.az