İttiham: O, kiminləsə yatmaq istəyirsə, “bəli” deməlisən
Zambiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Brüs Mvape komandanın üzvlərinə qarşı cinsi qısnama iddiaları ilə bağlı istintaq altındadır.
“Əgər Mvape kiminləsə yatmaq istəyirsə, “bəli” deməlisən. Məşqçinin komandamızdakı oyunçularla yatması adi bir hadisədir”, – deyə “Guardian”adı açıqlanmayan qurbanlardan birindən sitat gətirib.
Mənbənin sözlərinə görə, millinin futbolçuları təhdidlər alıb, lakin Mvapenin özündən deyil. Onlar baş verənlər barədə nəsə deyəcəkləri təqdirdə, cəzalanacaqları ilə bağlı hədələniblər.
Federasiya buna göz yumub, çünki komanda yaxşı nəticə göstərir. Onlar pərdəarxası baş verənləri üzə çıxarmadan, ictimaiyyətin və hakimiyyət orqanlarının gözündə milli komandanın imicini yaxşı saxlamaq istəyirlər.
Mvape özü bu mövzuda bütün sualları Zambiya Futbol Assosiasiyasının mətbuat xidmətinə yönləndirib. Federasiyadan bildirib ki, bununla bağlı rəsmi şikayət almayıblar. Lakin buna baxmayaraq, bu işin istintaqını polisə və FİFA-ya təhvil veriblər.
Aut.az
