Dünya futbolu

Boşanma müqaviləsinin detalları: Ayda ömürlük 100 min…

Kriştiano Ronaldo və Corcina Rodriges bir müddət əvvəl boşanma müqaviləsi imzalayıblar.

Aut.az xəbər verir ki, “TV Guía” müqavilənin təfərrüatlarını dərc edib. Bildirilir ki, sənəd 2017-ci ildə, Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb.

Sənədin hazırlanmasına Ronaldonun agenti Xorxe Mendeş cavabdeh olub.

Bildirilir ki, Ronaldodan ayrılacağı təqdirdə Corcina Kriştianonun Madriddəki malikanəsinin sahibi olacaq. Bundan əlavə, portuqaliyalı ona ömürlük ayda 100 min avro ödəyəcək.

O da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.

Aut.az