Messinin sayəsində əməliyyat xərcini belə çıxardı
“Nyu-York Red Bull” fanatı Amanda Libre Leo Messinin sayəsində dizindən əməliyyat olunub.
Aut.az xəbər verir ki, nə qədər qəribə səslənsə də, bu, argentinalı futbolçunun “İnter Mayami”yə transferinə görə reallaşıb. Amanda qeyd edib ki, Messi MLS-ə gələndən sonra onun mövsümlük biletinin qiyməti artıb. Əməliyyat xərclərini ödəmək üçün ona əlavə 500 dollar lazım idi. Ona görə də üzvlüyünü satıb.
“Red Bull” oyunlarına mövsüm biletlərim var idi. Adətən matçların hamısına gedirdim, Lionel Messinin “İnter Mayami”yə transferi haqqında xəbərlər yayılmağa başlayan kimi, biletlərin dəli kimi bahalaşmağa başladığını gördüm. Bu fürsətdən yararlanıb bileti satdım. Oyunu buraxacağıma görə çox məyus deyiləm – sadəcə televiziyada baxacam”.
Librenin dizindəki meniski cırılmışdı,. Bu, futbolçular arasında olduqca yaygın bir zədədir. İndi o, sağalmağa başlayıb.
