Dünya cempionatıDünya futbolu

Ançelottini tənqid etdi: Gülməlidir

Keçmiş futbolçu və teleaparıcı Joze Neto Braziliya millisinin Dünya Kubokunun ilk matçında Mərakeşə qarşı (1:1) oyununu, eləcə də Cənubi Amerika millisinin baş məşqçisi Karlo Ançelottinin işini tənqid edib.

Aut.az xəbər verir ki, ESPN Netonun sözlərini sitat gətirib: “Ançelotti gülməlidir. O, heyəti seçmək məsələsində çox pisdir. Neçə dəfə demişəm ki, Kazemiro oynaya bilməz. Paketa? O, ümumiyyətlə oynamır. İbanes? İqor Tyaqo? Xeyr. Dəyişməliyik. Danilo Santosu, Luis Enrikeni, Rayanı oynatmaq lazımdır. Enriki meydana buraxın”.

Braziliya növbəti oyununu iyunun 20-də Haitiyə qarşı keçirəcək.

Aut.az