Tramp onları təbrik etdi
ABŞ prezidenti Donald Tramp NBA finalındakı qələbə münasibətilə “Nyu-York Niks” komandasını təbrik edib.
Aut.az xəbər verir ki, Tramp “Truth Social”da yazıb: “Cim Dolanı (klub sahibi) və “Nyu-York Niks”i təbrik edirəm”.
14 iyun gecəsi final turunun 5-ci oyununda “Nyu-York Niks” “San Antonio”nu məğlub edib (94:90) və seriyanı 4-1 hesabı ilə qazanıb.
Bu, “Nyu-York”un 1973-cü ildən bəri ilk çempionluğudur.
“Niks” tarixində üçüncü titulunu qazanıb.
Aut.az
